"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aİ nümayəndələri FHN-də görüş keçiriblər – FOTO

08 İyun 2023 - 13:30
in XƏBƏR LENTİ

Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində aidiyyəti ekspertlərin iştirakı ilə görüş keçiriblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, görüşdə adı çəkilən qurum tərəfindən həyata keçirilən və FHN-in də iştirak etdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində FHN-in və KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə seminar keçirilib.

Seminarda Fövqəladə Hallar, Xarici İşlər, Müdafiə, Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin sözügedən təşəbbüs çərçivəsində qoşulduğu regional layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələrdən bəhs edilib, eyni zamanda KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi, daimi əsasda müvafiq tərəfdaşlardan ibarət milli komandanın yaradılması, milli fəaliyyət planının hazırlanması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Seminarda, həmçinin Cənub-şərqi və Şərqi Avropa katibliyinin regional koordinatoru Talqat Tolubayev və baş eksperti Jumber Mamasakhlisinin təqdimatları dinlənilib. Təqdimatlar zamanı həyata keçirilməsi planlaşdırılan regional layihələr, eyni zamanda Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), təcrübəli beynəlxalq ekspertlər, o cümlədən Cənub-şərqi və Şərqi Avropa regionundan olan ekspertlərin birgə tərəfdaşlığı ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə üzrə Tədqiqat İnstitutu tərəfindən hazırlanmış Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi (təlimat) sənədi barədə ətraflı məlumat verilib, sözügedən təlimat sənədlərinin radioloji və nüvə cinayətləri üzrə də hazırlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Daha sonra icrası yekunlaşmış “KBRN tullantılarının idarəedilməsi bacarıqlarının gücləndirilməsi” adlı P67 nömrəli regional layihədən əldə olunmuş nəticələr, görüləcək işlər, o cümlədən hazırda icra olunan “Cənub-şərqi və Şərqi Avropa ölkələrində KBRN hadisələri zamanı tibbi hazırlıq və cavab tədbirləri imkanlarının gücləndirilməsi” adlı P88 nömrəli regional layihənin gedişatı barədə fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu halda Makronu devirəcəyik – Pançe

Next Post

37 Çin təyyarəsi Tayvana yaxınlaşır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
37 Çin təyyarəsi Tayvana yaxınlaşır

37 Çin təyyarəsi Tayvana yaxınlaşır

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.