Avropa İttifaqı (Aİ) ölkələri ittifaqın bütün üzvlərinin razılığı və uyğun şərtlərlə gələcək uzunmüddətli təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynaya hərbi missiyaların göndərilməsini istisna etmir. Elchi.az xəbər verir ki, bu barədə Financial Times Aİ diplomatik mənbələrinə istinadən xəbər verir.
“Onlar Aİ-nin Ukrayna qoşunlarına təlim keçmək təşəbbüsünü genişləndirməyi və bunun üçün şərtlər uyğun hesab edilərsə və bütün üzvlər belə bir addımla razılaşarsa, Ukraynaya hərbi missiyaların göndərilməsi imkanını nəzərdən keçirirlər”, – deyə adı açıqlanmayan diplomat bildirib.
Daha əvvəl Qərbdən Ukraynaya təhlükəsizlik zəmanəti layihəsi haqqında məlumat yayılıb.
Havar Şəfiyeva





