Sanksiyalar paketi on birinci olacaq.
Elchi.az xəbər verir ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsinə Katolik Pasxa bayramından dərhal sonra başlamağı planlaşdırır, bu il aprelin 9-da qeyd olunur.
Bu qərarla bağlı “Politico” üç avropalı diplomata istinadən yazır.
Nəşrin məlumatına görə, Brüssel Avropa Komissiyası ilə Aİ səfirləri arasında Rusiya Federasiyasına qarşı on birinci sanksiyalar paketi üzrə danışıqların yeni raunduna başlamaq istəyir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, növbəti sanksiyalar paketi tədbirlərdən yayınma və boşluqların aradan qaldırılması problemini həll edəcək.
Bu arada Fransa yeni anti-Rusiya sanksiyalarına şübhə ilə yanaşırdı. Fransalı siyasətçi Asselino hesab edir ki, sanksiyalar heç bir nəticə vermir.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Şurasının sanksiyalar kontekstində sənayenin inkişafı ilə bağlı keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarının uzun müddət qüvvədə olacağını bildirmişdi.
Şayəstə






