Avropa Parlamentinin müxtəlif ölkələrdən olan bir qrup üzvü Polşa hökumətinin dövlət mediasına nəzarəti ələ keçirərkən konstitusiyanı kobud şəkildə pozduğunu bildirib. Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına müraciəti mətnində parlamentarilər Nazirlər Kabinetini qanunun aliliyi prinsipini pozmaqda ittiham ediblər. Elchi.az xəbər verirr ki, Lenta.ru AP deputatlarının müvafiq məktubu ilə tanış olub.
“20 dekabr 2023-cü ildə Polşanın yeni hökuməti dövlət mediasına nəzarəti zorla ələ keçirdi. Onnstuitusiyanı və Polşa qanunlarını kobud şəkildə pozaraq idarə heyətinin üzvlərini vəzifədən azad etdilər və öz üzvlərini təyin etdilər. Onlar ictimai televiziyanın qərargahına quldurlar göndərib, işçilərini işdən çıxarmaq üçün fiziki zorakılıq tətbiq ediblər və ictimai televiziya kanalını efirdən çıxarıblar”, – deputatlar xatırladıblar.






