Brüsseldə Avropa Komissiyasının aktivlərin dondurulması və müsadirəsi üzrə işçi qrupunun iclası başlayır.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Rusiya bizneslərinin, eləcə də Rusiya ilə əlaqəli fiziki şəxslərin aktivlərini 21,5 milyard avroya dondurub. Bu barədə cümə günü, fevralın 17-də Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders bildirib və əlavə edib ki, Avropa İttifaqı Rusiya aktivlərinin axtarışını fəal şəkildə davam etdirir.
“İndiyədək biz sanksiya siyahısından oliqarx və təşkilatların 21,5 milyard avro vəsaitini dondura bilmişik. Biz Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri üzərində işi davam etdiririk, bəzi aktivlər və əməliyyatlar, o cümlədən Euroclear vasitəsilə dondurulub”, – Avropa Komissiyasının “aktivlərin dondurulması və müsadirəsi” üzrə işçi qrupunun iclasından əvvəl Avropa komissarı bildirib.
Xatırladaq ki, bu həftə, çərşənbə günü, fevralın 15-də Avropa İttifaqı özgəninkiləşdirmə, habelə aktivlərin sonrakı köçürülməsi üçün istifadə məsələsinin hüquqi cəhətdən necə həll olunduğunu öyrənməli olan xüsusi işçi qrupunun yaradılmasını təsdiqləyib.
Şayəstə






