Aİ-na üzv ölkələrin səfirləri iyulun 19-da keçiriləcək iclasda anti-Rusiya sanksiyalarını genişləndirə bilərlər – onlar sanksiya siyahılarına yeni subyektlər əlavə edəcəklər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Sanksiyalar siyahısı, çox güman ki, ondan çox girişlə genişləndiriləcək. Söhbət dezinformasiya fəaliyyətinə cavabdeh olan şəxslər və təşkilatlardan gedir”, – Aİ orqanlarındakı mənbə bildirib.
İyunun 23-də Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə minib. Rusiya hərbi-sənaye kompleksinin 87 müəssisəsi, həmçinin Brüsselin məlumatına görə, məhdudiyyətlərdən yan keçməkdə Moskvaya kömək edən xarici şirkətlər məhdudiyyətlər altına düşüb.
Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban Qərbin sanksiyalarının tamamilə səmərəsiz olduğunu etiraf edib.
Havar Şəfiyeva




