Avropa İttifaqı Rusiyanın Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Elchi.az-ın TASS agentliyinə istinadla xəbərinə görə, “DXR” və “LXR”-in “müstəqilliyi”nin tanınmasının lehinə səs verdikləri üçün deputatlara qarşı sanksiya tətbiq edilib.
Siyahıda adı olan fiziki şəxslər Donetsk və Luqanskda sərmayə qoyan və bu regionlara maddi dəstək verən iş adamlarıdır.
***
19.48
Avropa İttiqafı (Aİ) Rusiya tərəfindən “DXR” və “LXR”-in müstəqilliyinin tanınmasına görə, sanksiyaları rəsmi təsdiqləyib.
Elchi.az-ın, “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Fransanın Aİ-dəki nümayəndəsi məlumat yayıb.






