Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova bildirib ki, Ukrayna 2030 -cu ilə qədər Aİ-yə üzv ola biləcək.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Düşünürəm ki, 2030-cu il real vaxt çərçivəsidir. Ancaq çox, çox çalışsanız, mümkündür. İslahatların tempini saxlamaq lazımdır və bu, həmişə xətti proses deyil. Bununla belə, bunun reallıq olacağını təsəvvür edə bilərəm”, – deyə o bildirib.
Eyni zamanda, Maternova bu dövrə Avropa İttifaqının daxili islahatlarının da təsir edəcəyini vurğulayıb.
“Aİ hazırkı 27 üzv dövlətdən kənara çıxmağa hazır olmalıdır. Səsvermə sistemində, qərar qəbuletmə sistemində dəyişikliklər olmadan Aİ üzvlərinin sayı qeyri-müəyyən müddətə genişlənə bilməz”, – deyə səfir əlavə edib.
Nuranə Məmmədova




