Avropa İttifaqı (Aİ) qurumları Ukraynaya yardım etmək və öz ehtiyatları üçün sursat istehsalını artırmaq məqsədilə müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək 500 milyon avro ayırmağa razılaşıb.
Elchi.az xəbər verir ki, Aİ Şurası və üzv dövlətlərdən ibarət Avropa Parlamenti sursat artımı ilə bağlı hüquqi tənzimləmə ilə bağlı razılığa gəlib.
“Sursat İstehsalına Dəstək Qanunu” adlı hüquqi tənzimləmə qurudan yerə artilleriya döyüş sursatı və raket istehsalı potensialının inkişaf etdirilməsi üçün Aİ büdcəsindən 500 milyon avro ayrılmasını nəzərdə tutur.
Aİ-nin maliyyə dəstəyi Avropadakı müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək.
Aİ qanunvericiliyinin iyulun sonundan əvvəl qüvvəyə minməsi gözlənilir.
Şayəstə Hüseynova




