Avropa İttifaqı Ukraynanın birliyə qoşulmağa hazırlığının dərəcəsini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Aİ-dəki iki mənbə bildirib ki, Ukrayna bloka üzvlüklə bağlı danışıqlara başlamaq üçün 7 şərtdən ikisini yerinə yetirib. Eyni zamanda, blokun icra hakimiyyəti Kiyevin hərbi münaqişə zamanı əldə etdiyi irəliləyişi vurğulamaq niyyətindədir.
Qeyd olunur ki, Ukraynanın Aİ-yə vaxtından əvvəl qoşulmasının tərəfdarları 2023-cü ilin dekabrında bloka üzv olan 27 ölkənin qərarı ilə bu məsələnin müzakirəsini başa çatdırmağa ümid edirlər.
Bundan əvvəl Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova respublikanın iki il ərzində Aİ-nin bir hissəsi olmaq planlarının həddən artıq optimist olduğunu bildirib. Eyni zamanda diplomat etiraf edib ki, ölkədə islahatlar kifayət qədər sürətlə aparılır.
Havar Şəfiyeva





