Avropa İttifaqı (Aİ) bəzi iqtisadi çətinliklərə görə, həm Ukraynanı, həm də Türkiyəni qəbul edə bilməyəcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
“Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı qəbul edə biləcəyini təsəvvür etmək mümkün deyil. Bazar buna dözməyəcək”, – qəzet avropalı məmurun sözlərini sitat gətirir.
Qəzetin həmsöhbəti hesab edir ki, hazırda Rusiya ilə silahlı münaqişə fonunda Ukraynanın Aİ-yə üzvlüyü daha çox hərəkətverici qüvvəyə malikdir. O, hesab edir ki, Kiyevin Aİ-yə daxil olması uzansa belə, geosiyasi zərurət kimi qəbul edilir:
“Ukrayna Türkiyədən söz düşəndə oyun qaydalarını dəyişir”, – deyə məmur bildirib.
Qeyd edək ki, mayın 14-də ilk turu keçirilən Türkiyədə prezident seçkiləri fonunda Brüsseldə narahatlıq yaranıb. Avropada müxalifətin namizədi Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gələcəyi təqdirdə Aİ ilə münasibətləri nəzərdən keçirib əlaqələrin keyfiyyətini yaxşılaşdırmağa çalışacağına inanırlar. Qəzet güman edir ki, bu, təkcə Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi və viza rejiminin liberallaşdırılması yollarının axtarışı deyil, həm də Aİ-yə üzvlüklə bağlı uzun müddətdir dondurulmuş danışıqların yenidən başlaması cəhdidir. Qəzet qeyd edir ki, buna görə də Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyi təqdirdə Aİ-də bəziləri rahat nəfəs alacaq.
Yeganə




