Ukraynanın və digər iddiaçı ölkələrin Avropa İttifaqına qəbulu üzrə danışıqların gedişi bütünlüklə onların zəruri islahatların aparılmasındakı ləyaqətindən asılı olacaq. Elchi.az TASS-a istinadən xəbər verir ki, Avropanın ədliyyə üzrə komissarı Didye Reynders assosiasiyaya sürətlə daxil olmaq üçün şərtləri xatırladıb.
“Qoşulma ilə bağlı danışıqlar prosesi həyata keçirilən islahatlardan ciddi şəkildə asılı olaraq aparılmalıdır. Üzvlük üçün müraciət edən ölkələr islahatlar prosesini sürətləndirə bilsələr, onların qəbulu ilə bağlı danışıqlar da sürətləndirilə bilər”.
Reinders qeyd edib ki, Avropa İttifaqı da öz növbəsində yeni üzvlərin qəbuluna hazırlaşmaq üçün öz islahatlarını həyata keçirməlidir. Avropa İttifaqının qarşıdan gələn islahatlarının əsas tezislərinə əsasən, bunlara üzv dövlətlərin Aİ Şurasında veto hüququndan məhrum edilməsi, Avropa Komissiyasının üzvlərinin sayının azaldılması və kvota prinsipindən imtina edilməsi daxildir.
Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentinin sədr müavini Yan-Kristof Etyen Kiyevin Avropa İttifaqına sürətlə daxil olmasının əleyhinə çıxış edib. Onun sözlərinə görə, Ukrayna qanunun aliliyi və korrupsiya ilə mübarizə kimi meyarlara əməl etməlidir.
Havar Şəfiyeva






