Avropa İttifaqı Şurası Ukraynaya qarşı şəxsi anti-Rusiya sanksiyalarının uzadılmasına razılıq verib. Elchi.az xəbər verir ki, bu barədə İspaniyanın Aİ Şurasına sədrliyinin nümayəndəliyi rəsmi “Tvitter” səhifəsində məlumat yayıb.
“Aİ-nin Daimi Nümayəndələri Ukraynanın ərazi bütövlüyü ilə bağlı məhdudlaşdırıcı tədbirlərin uzadılması barədə razılığa gəliblər”, – nümayəndənin mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, iyunun 23-də Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə minib.
Havar Şəfiyeva





