Avropa İttifaqının (Aİ) yüksək rütbəli diplomatı Cozep Borrel bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşünün nəticələrinə görə, Ukraynaya silah yardımı üçün 500 milyon avroluq tranşın ayrılmasına dair qərarın olmadığını təsdiqləyib.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Borrel bu barədə Lüksemburqda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın ən təcili ehtiyaclarını, onun müdafiə ehtiyaclarını necə ödəməyi müzakirə ediblər. Avropa Sülh Fondunun səkkizinci və sonuncu tranşı ilə bağlı problemi hələ həll edə bilməmişik. Biz hələ də həll yolunu axtarırıq, amma bu və ya digər şəkildə tapacağıq”, – deyə o, bildirib.
Mətbuat Macarıstanın bu qərarı əngəllədiyini yazıb.
Borrel əlavə edib ki, nazirlər Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün ayrıca çox milyardlıq proqramın təsdiqlənməsini də müzakirə ediblər, lakin bu həftə toplanacaq Avropa Şurasından siyasət rəhbərliyini gözləyirlər.
Yeganə






