Avropa İttifaqı (Aİ) və Çin 2023-cü ilin sonuna qədər ikitərəfli sammit keçirəcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Çarlz Mişel və Çinin baş naziri Li Tsyan arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində keçirilən görüşün yekunlarına dair bəyanatında bildirilib.
Sənəddə deyilir ki, hər iki tərəf geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sabit və konstruktiv münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyib. Mişel bu il sammitin keçirilməsində ümumi marağın olduğunu təsdiqləyib.
Bundan əvvəl Li Qiang Çin və Aİ-nin “çoxqütblü dünyanın iki əsas qüvvəsi” olduğunu demişdi . Onun sözlərinə görə, beynəlxalq vəziyyətdə qeyri-müəyyənlikdən qorunmaq üçün əməkdaşlığı gücləndirməlidirlər.
Sentyabrın 9-10-da baş tutan G20 sammitində Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq ölkənin nümayəndəsi kimi çıxış edib. Respublikanın rəhbəri Si Cinpin görüşə getməkdən rəsmən imtina edib. Amerika mətbuatı bu qərarı Si Cinpinin “imperiya təfəkkürü” ilə izah edib.
Nuranə Məmmədova




