Avropa İnsan Haqları Məhkəməsi polis zorakılığına məruz qalan fəalın müraciəti əsasında Fransaya qarşı istintaq başlatdı.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ildə əmək islahatlarına qarşı nümayişlər zamanı polisin atdığı gözyaşardıcı qaz bombası nəticəsində sağ gözünü itirən Loran Teronun ərizəsini dəyərləndirib.
Teronun vəkilləri, AİHM-in Teronun işi ilə bağlı Fransaya qarşı hüquqi fəaliyyətə başlaması ilə 7 illik hüquqi mübarizədə görünməmiş dönüş olduğunu bildiriblər.
Bildirilir ki, AİHM Teronun lehinə qərar çıxarsa, bu qərar Fransada polisin müdaxiləsi nəticəsində yaralanan nümayişçilər, xüsusilə də sarı jiletlilər üçün presedent yarada bilər.
Keçən il verdiyi qərarda milli məhkəmə özünümüdafiə səbəbiylə polisə bəraət verdi. Teronun vəkilləri müdaxilə zamanı polisin heç bir təhlükə altında olmadığını müdafiə etmişdilər.
Nuranə Məmmədova






