
Minimum vaxt sərf edərək şəxsi maliyyədən maksimum necə faydalanmaq olar? Bizim məsləhətlərimizə əməl edin və nəticə sizi təəcübləndirəcək!
Məsləhət №1: Ailə büdcəsinə düzgün münasibət – müvəffəqiyyətin açarıdır
İnsanların əksər hissəsində maliyyənin idarəedilməsi sərt qənaət və həyatın sevincindən özünü məhrum etməkdir. Bu ən böyük səhvdir, çünki nəticədə həyat keyfiyyətiniz hətta yüksələcək. Statistik göstəricilərdən görünür ki, insanların əksər hissəsi şəxsi vəsaitlərinin 20 faizini boş şeylərə xərcləyir, “küləyə sovurur”. Məsələn, pis vərdişlər, faydalı ev yeməklərinin əvəzində fastfudlar, ani alış-verişlər və s. Onlardan imtina etsəniz həyatınızda rahatlıq azalmayacaq.
Məsləhət №2: Ailə büdcəsini xırdalıqlarla yükləməyin
Ailənizin bir ay ərzində neçə kiloqram kartof istifadə etdiyi barədə məlumat artıq olacaq. Belə təfərrüatlar heç bir fayda gətirməyəcək, yalnız qiymətli vaxtınızı alacaq. Əsas gəlirlərin və xərclərin qeyd edildiyi (komunal xərclər, ərzaq, geyim, kosmetika və s.) Excel proqramında sadə cədvəl tərtib etmək yetərlidir. Vəsaitlərin xərclənməsi əsnasında onları müvafiq qrafalarda qeyd edin və ayın sonuna ailənizin maliyyə vəziyyəti aydın görünəcək.
Məsləhət № 3: Əvvəl özünüzə ödəyin, sonra başqalarına
Hər ay ailə üzvləri əmək haqqı alır, vəsaiti xərcləyib və yalnız ayın sonuna qalan hissəni yığım üçün saxlayırlar. Və hər zaman olduğu kimi “təcili” və “mühüm” işlər tapılır ki, orayada pulun qalan hissəsi də xərclənir. Bu cür yanaşma düzgün deyil. Ayın əvvəlində müəyyən məbləği ayırmaq, qalan hissəsini isə rahat xərcləmək daha sərfəli və asandır. Planlaşdırılmış yığımlar yaradaraq qarşınıza qoyulmuş məqsədə doğru irəliləyin, bu zaman istədiyiniz hər şeyi qəlbin rahatlığı ilə ala bilərsiniz.
Məsləhət №4: Həyatınızın bir saatının dəyərini hesablayın
Elə insanlar var ki, qənaət etməyə utanırlar. Onlar düşünür – “Əgər mən endirim edilməsini istəsəm ətrafdakılar mənim haqqımda nə düşünərlər?” Yadda saxlayın: varlı insanlar pullarının dəyərini bilirlər, buna görə də ətrafdakıların nə düşündüyünə önəm vermirlər. Heç düşünmüsünüz ki, həyatınızızn bir saatının dəyəri nə qədərdir? Səkkiz saatlıq iş qrafiki və 60 min rubl aylıq əmək haqqı şərtilə, həyatınızın bir saat təqribət 6 manat təşkil edir. Gəlirinizin mənasız xərclənmiş 20 faizi isə 195 manata, həyatınızın 35 saatına və ya bir iş həftəsinə bərabərdir! Təsəvvür edin ki, qənaət edilmiş pullara siz işdən bir həftə dincələ bilərdiniz. Ümid edirik ki, bu rəqəmlərdən sonra sizin utanclıq hissiniz bir dəfəlik yox olacaq.
Məsləhət №5: İri xərcləri azaldın
Xırdalıqlarda həddindən artıq qənaət, iri xərclərə aparır. Məsələn, qənaət məqsədilə insan marşrut taksidə deyil, rahatsızlıq hissi keçirərək metro ilə gedir. Pis əhval-ruhiyyədə olaraq o, restoranda 50-60 manat xərcləyir. Xərclərin azalmadığı, əksinə artığından büdcəyə dəyən ziyandan daxildə neqativ hisslər qalır. Burada Pareto qanunu məqsədəuyğundur: 20 faiz səy, 80 faiz nəticə verir. Ən iri xərclər maddəsini təhlil edin və öz fiziki və psixoemosional vəziyyətinizə zərər vurmadan onları azaltmağa çalışın.
Nəticə
Yuxarıda qeyd edilən tövsiyyələrə riayət edilərsə, ailə büdcənizin planlaşdırılması artıq vərdiş halını alacaq və adi hal kimi qəbul ediləcək. Pullarınız həm yaşayışınıza, həm maraqlarınıza, həm də qlobal məqsədə çatacaq. İstəyirsiniz ki pullar sizin müttəfiqiniz olsun və sizin üçün işləməyə başlasın? Ailə büdcənizi artıq bu gün planlaşdırmağa başlayın!



