"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ailə münaqişəsi, isti “peraşki” qonaqlığı və Mehriban Zeynalova ilə söhbət…

08 Fevral 2016 - 10:10
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ailə münaqişəsi, isti “peraşki” qonaqlığı və Mehriban Zeynalova ilə söhbət...

Əməkdaşımız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisindən yazır

İqtisadi böhran QHT sektoruna da təsirsiz ötüşmədi. Bəzi QHT-lər ofis və maaş xərclərini belə ödəyə bilməyəcək duruma gəldi. “Yeni Müsavat”  olaraq QHT-lərin yeni iqtisadi vəziyyətə necə uyğunlaşdıqlarını və hansı maliyyə sıxıntıları yaşadığını öyrənmək üçün onların ofislərinə baş çəkməyi qərara aldıq. Getdiyimiz ilk ünvan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisi oldu. 
***
Bura işçilər üçün ofis, çarəsiz qadınlar üçün isə bir sığınacaqdır. O səbəbdən də Axundov bağı ilə üzbəüz, ikimərtəbəli qədim binada yerləşən bu ev həm də isti bir yuvadır.
 
İş gününün son saatlarında ofisə üz tutsaq da bütün işçilər iş başında idi. Qapıya çatar-çatmaz qulağımıza qızğın mübahisə səsləri gəlir. İçəri girəndə məlum olur ki, az qala dalaşmaq həddində olan tərəflərdən biri ərindən qaçıb sığınacağa gələn gənc qadın, digəri isə onu geri qaytarmağa gələn anası, bacısı  və əridir. 
Bir neçə dəqiqə söhbətə qulaq müsafiri oluruq. 
Qadın, ərinin ona və uşağına fiziki zorakılıq tətbiq etdiyini və o evə bir də qayıtmayacağını deyirdi. Ana və bacı isə gənc qadını nə olursa-olsun geri qayıtmağa məcbur edərək, el içində biabır olduqlarını əsas gətirirdilər. Ər isə etdiyi zorakılığın səbəblərini sadalayaraq, özünü haqlı çıxarmağa çalışırdı. Ailə görüşündə təşkilatın psixoloqu və hüquqşünası da iştirak edirdi.
Mətbəxdə səs-küylü idi. Sığınacaqdakı qadınlar burada peraşki bişirirdi. Dərdli qadınlar olsalar da, deyib-gülür, zarafat edirdilər. Bizi də bişirdikləri peraşkiyə qonaq etdilər. Deyirlər ki, bu, onların gündəlik məşğuliyyətidir. Hər gün peraşki bişirib yaxınlıqdakı dükanlara satır, müəyyən tələbatlarını ödəyirlər. Daha çox gələcəkləri ilə bağlı planlarını həyata keçirməyə çalışırlar. Əksəriyyəti erkən nikahın və ailə zorakılığının qurbanı olan bu qadınların sığınacaq yenidən həyata ümidlərini qaytarıb. Təşkilat sədri Mehriban Zeynalova ilə görüşürük. Bizi gülərüzlə qarşılayıb hal-əhval tutur. Daha sonra keçirik söhbətin sual-cavab hissəsinə…
– Mehriban xanım, işləriniz necədir? Təşkilatın fəaliyyəti hazırda nədən ibarətdir? 
– Planlarımız çoxdur və dayanmadan davam edirik. Bizim digər təşkilatlardan üstün cəhətimiz odur ki, təşkilatın ofisi özümüzündür, bu baxımdan  fasiləsiz işləyirik. Çətinliklə də olsa, sığınacağı saxlayırıq. Çünki qadınlara qarşı zorakılıqla mübarizədə sığınacaq çox önəmlidir. Müraciət edənlər də kifayət qədərdir. Qadınlara pulsuz hüquqi yardım da göstəririk. Alimentin alınması və ya atalığın müəyyən edilməsi, əmlak məsələləri və sairlə bağlı hüquqi yardım göstəririk. Həmçinin psixoloji yardım göstəririk, çətin vəziyyətdə olan qadınlara dəstək olmağa çalışırıq. Bütün QHT-lər bu istiqamətdə səfərbər olub fəaliyyət göstərməlidirlər ki, intihara meylli, zorakılıq qurbanı olan qadınlara yardım edə bilək. Biz rayonlara səfər planlaşdırırıq. Daxili İşlər Nazirliyinə müraciət etmişik və  polislər arasında məişət zorakılığına qarşı mübarizə və qurbanlarla davranış formaları ilə bağlı təlimlər keçmək istəyirik. Bunu bütün rayonlarda davam etdirəcəyik. Bu könüllü həyata keçirilən bir işdir, hər hansı qrant layihəsi deyil.
 
– Manatın devalvasiyası sizin işinizə necə təsir edib? Təşkilatın maliyyə durumu necədir?
– Maliyyə vəziyyətimiz çətindir. Bizim elə də böyük məbləğdə layihələrimiz olmayıb. Hazırkı dövrdə isə yerli donorları gözləyirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  layihə elan etməlidir. Orada iştirak etmək istəyirik. QHT Şurasına müraciət etmişik. Bu il həm də ötən il uğurla icra etdiyimiz layihəyə görə QHT Şurasından fəxri fərman almışıq.  Biz hər bir layihəni yalnız vətəndaşların faydalanması naminə icra edirik. Hazırda 13 nəfər sığınacaqdadır. Onlardan 4-ü uşaqdır, qalanları qadınlardır. Qadınların buraya müraciət səbəbi fərqlidir, əksəriyyəti məişət zorakılığının qurbanlarıdır. Onlar potensial qurbanlardır. Sığınacaqdakıların da xərclərini qarşılamağa çalışırıq.
– Sizdə necə, layihələrinizdə axsamalar, işçilər arasında ixtisar edilənlər varmı?
– Bizdə “HİV-AİDS” layihəsində 12 işçimiz hazırda maaş ala bilmir. Onlar hələlik işləmirlər. Ancaq təşkilatdan uzaqlaşmayıblar. Bir çox məsələlərdə dəstək verirlər. Ehtimal edirik ki, o layihə davam edəcək.  Bu Səhiyyə Nazirliyinin hökumət səviyyəsində keçən layihəsidir və çox vacib layihədir. Oraya həm vərəm, həm HİV  və AİDS xəstəlikləri daxildir. Bu baxımdan ehtimal edirik ki, ölkələrarası çərçivə memorandumu olacaq, o memorandum imzalanandan sonra bu layihə davam edəcək. Digər sosial yönümlü layihələrdədə çox zaman iştirak edə bilmirik. Kimlərinsə bizdən xoşu gəlmir deyə bəzən layihəmizi dəstəkləmirlər. Bəzən hansısa nazirliklərdə problemlərin həllindən çox qeybət, dedi-qodu üstünlük təşkil edir.
 
– Hansı donor fondlarla əməkdaşlıq edirsiniz? 
– Biz o qədər də çoxlu sayda fondla əməkdaşlıq etməmişik. Əvvəllər ABŞ səfirliyi, ATƏT, Qadınlar üçün Qlobal Fond, “Mamakeş” təşkilatları ilə əməkdaşlıq etmişik. Səhiyyə Nazirliyi, Qlobal Fond və biz birgə  HİV- lə bağlı bir layihə həyata keçirmişik. Ancaq hazırda əsas istiqamət qadına qarşı zorakılıq mövzusudur. Əsas tərəfdaşımız isə QHT Şurasıdır. Hər il ora müraciət edirik.
 
– Mehriban xanım, diqqət yetirdinizsə, devalvasiyadan sonra qadın qətlləri artdı, həm də həyat yoldaşları və yaxın qohumları tərəfindən… Bunun səbəbi nədir? 
– Mən hətta bu barədə bir status da yazmışdım ki, devalvasiya qadınların günahı deyil. Bunun üçün qadınları öldürmək olmaz. Devalvasiyadan dərhal sonra ən azı qadınlara qarşı 4-5 qətl hadisəsi baş verdi. Təbii ki, biz başa düşürük ki, insanlar çıxış yolu tapa bilmir, gərginlik keçirirlər, psixoz vəziyyətə düşürlər. Ona görə də, qadınlara təkcə psixi vəziyyətdən çıxmaq üçün yox, həm də özünümüdafiə üçün məsləhətlər də vermək lazımdır. Bu məsələlər bizi çox ciddi şəkildə narahat edir. Təlimlərimizə daha çox insanları cəlb etməyə çalışırıq ki, insanlar bu görüşlərdə iştirak etsin. Vətəndaş cəmiyyəti ölkənin istənilən gərgin vəziyyətində mobil şəkildə reaksiya verməli və vətəndaşların yanında olmalıdır. QHT olaraq bizim böhran proqramımız var ki, insanlara hansı şəkildə yardım edək ki,  qətllər az olsun.
 
– Siz hazırkı situasiyada QHT-lərin rolunu necə qiymətləndirirsiniz?
– Bəzi QHT-lər hər zaman mövsümi xarakterli olub, ancaq layihədən layihəyə işləyiblər. Sistemli şəkildə işləyən az təşkilat var. Bu reallıqdır. Əslində, bu QHT üçün mənfi haldır. Bu donor axtarışına çıxmağa gətirib çıxarır. Yəni sən özünü donor üçün cəlbedici etməlisən. Donor üçün o zaman cəlbedici olursan ki, sən özün həmin fəaliyyətlə davamlı məşğul olursan. Əgər sən donorda maraq oyada bilirsənsə, o özü axtarıb səni tapır. Hazırda QHT Şurasından başqa real bir donor qalmayıb. İş adamları, biznesmenlər də donor ola bilər. Ancaq Azərbaycanda iş adamlarında hələ ki, vətəndaş şüuru formalaşmayıb, daha çox biznes maraqları baxımından məsələyə yanaşırlar. Çox az hallarda hansısa layihəyə dəstək verirlər. Bəzən korporativ sosial məsuliyyət layihələri olub. Lakin biz o müsabiqələrdə iştirak edə bilməmişik. Mən həmin müsabiqələrə kölgə salmaq istəmirəm, ola bilsin, bu, məndə alınmayıb.
– Hansı dövlət qurumları ilə əməkdaşlıq edirsiniz? Onların vətəndaş cəmiyyətinə dəstəyi yetərlidirmi? 
– Ən çox Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edirik. Bu qurum şəffafdır, təklifləri qəbul edirlər, dəstək verirlər, istənilən müraciəti cavabsız qoymurlar.  Səhiyyə Nazirliyi çox yaxşı işləyir. Buradan nə qədər adam yollayırıqsa, hamısını pulsuz, müayinə edirlər, əməliyyat edirlər. Müraciətlərimiz cavabsız qalmır.
Son olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Onlardan cavab gözləyirik. Akkreditasiyadan keçmişik. Onlar tərəfindən də sığınacağımıza çətin vəziyyətdə olan qadınlar yönləndirilir. İndiki dövrdə hesab edirəm ki, sığınacaq və yardım istəyən daha çox olacaq. Psixoloji yardıma ehtiyac artacaq. İnsanların maddi imkanı olmadığına görə pulsuz xidmət göstərən təşkilatlar gündəmdə olacaq. Bu baxımdan daha geniş çevrədə işləməyi planlaşdırırıq. 11 700 boşanma var, evdə qadınlar öldürülür, erkən nikahların sayı artır, hər gün ana-uşaq ölümləri olur. Bu istiqamətdə işləmək üçün bizə dövlət qurumlarının, donorların dəstəyi lazımdır.
 
– Dövlət qurumlarının ailə, qadın, uşaq məsələləri ilə gördükləri işləri yetərli sayırsınızmı? 
– Problem ondan ibarətdir ki, bəzən görülən işlər haqqında da məlumat tapmaqda çətinlik çəkirik. Düzdür, ƏƏSMN saytında layihələrlə bağlı müəyyən məlumatlar olur, DİN-in saytında da məlumatlar olur. Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatları mən tapa bilmirəm. Bundan başqa, ƏƏSMN-in saytında qadınlarla bağlı müəyyən bir bölmə yoxdur ki, oradan baxaq ki, nazirlik qadınlara yönəlik hansı fəaliyyət göstərib. Çox istərdim ki, indiki məqamda sosial işçilər aktivləşsin. Buna bizim kifayət qədər imkanımız var. Bu sahədə könüllülər də var.
Qadınların kiçik biznesə cəlb edilməsi ilə bağlı Sahibkarlıq Konfederasiyası ciddi şəkildə işlər görməlidir. Hazırda buna çox ehtiyac var. Adətən böhran dövrlərində güc daha çox qadınların üzərinə düşür. 90-cı illərdə böhran zamanı ölkədən qadın axını başladı. Əxlaq normalarına uyğun olmayan həyat tərzi keçirən qadınların sayı artdı. Bu iqtisadi böhrandan mənəvi dəyərlərin müsbətə dəyişməsi yönündə də istifadə etmək olar. Böhran bəzən ailələrin birləşməsinə və bir-birinə daha çox güvənməsinə, güzəşt etməsinə də gətirib çıxara bilər. Proseslərə bu cür baxa bilmək və müsbət yöndə dəyişmək üçün yaxşı vətəndaş cəmiyyəti olmalıdır ki, ortaya düşsün və bu barədə iş görməyə gücü çatsın.  Bunun üçün də QHT-lərə donor dəstəyi lazımdır.
 
– Ötən il sizə qarşı bir kampaniya getdi, adınız insan alverində hallandı. O prosesin sonu necə oldu?
– Bu proses hələ də davam edir. Orada bəzi nüanslar oldu. Elə oldu ki, məktub bizə gəlmədən məhkəmə qərar çıxartmışdı. Təsəvvür edin ki, Ali Məhkəməyə qədər iş getdi və biz onu geri bərpa etməyə çalışdıq. Proses hələ də, davam edir. Mən geri çəkilmək niyyətində deyiləm.
***
Söhbətimizi təşkilatın hüquqşünası Məlahət Nəbiyeva ilə davam edirik. 6 ildir təşkilatda çalışan Məlahət işindən məmnun olduğunu deyir: “Çox çətin işdir, ancaq həm də bununla cəmiyyət üçün mənəvi borcumu yerinə yetirirəm. Zorakılığa məruz qalmış, hüquqları tapdalanmış qadınların məhkəmələrində çıxıb onları təmənnasız müdafiə etmək bir qadın kimi mənim üçün çox müqəddəs işdir. Elə hadisələr olur ki, heç zaman görmədiyim situasiyalarla qarşılaşıram”.
 
“Təmiz Dünya” qəhrəmanları ilə sağollaşıb təşkilatın ofisindən ayrılırıq. Artıq saat 19:00-u göstərir. Onlar üçün isə iş hələ də bitməyib. Yuxarıda qeyd etdiyimiz  ailənin probleminin müzakirəsi davam edir. Qadın zorakılığa məruz qaldığı evə qayıtmamaqda israrlıdır. Ailə üzvləri arasında  razılaşma əldə etmək hələ də mümkün olmayıb… 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Atəşkəs yenə pozuldu – 127 dəfə

Next Post

Kadırov yenə “qan-qan” deyir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kadırov yenə "qan-qan" deyir

ABŞ 92 yaşlı strateqini Putinlə danışığa kimi göndərdi?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.