Ermənistan və Avropa Komissiyası “Ermənistanın kəndlərində davamlı enerji, enerji təhlükəsizliyi və iqlimə davamlılıq” haqda texniki yardım sazişi çərçivəsində 6,5 milyon avroluq qrant imzalayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.
Yaxın vaxtlarda sənədin ratifikasiya üçün ölkə parlamentinə təqdim olunacağı bildirilir. Məlumata görə, Ermənistan hökuməti “Avropa Yaşıl Sövdələşməsi”nə uyğun olaraq 2030-cu ilə qədər günəş enerjisi istehsalının ümumi həcmdə payını 15%-ə çatdırmağı planlaşdırır.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...





