"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Akarın mesajı: Laçın dəhlizi üzrə müzakirələr gedir

04 Yanvar 2022 - 14:26
in MANŞET

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Söhbət hansı müzakirələrdən gedir?

Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma Zəngəzurda “dəhliz” prinsipini arxa plana keçirdi, tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar.

Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağı vadar edir:

– Əliyev elə Brüsseldə “dəhlizə dəhliz” məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur;

– Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı: bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır; Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq;

Hərçənd, İrəvanın Zəngəzurda “dəhliz” məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir: hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var – Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə;

Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir.

Birincisi, Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasını istəyir: indi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir;

İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır: Ankaranın Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır;

Mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Ankara üçün əsasdır. Və Laçın dəhlizinə nəzarətin ən azı Rusiya və Türkiyə arasında bölüşdürülməsi perspektivi var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Unun qiyməti artdı – Deputat kəskin etiraz etdi

Next Post

Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb

Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb

“Fənərbaxça” Ferdi Kadıoğlu ilə müqaviləni 5 illik uzadacaq

“Fənərbaxça” Ferdi Kadıoğlu ilə müqaviləni 5 illik uzadacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.