"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ

31 Mart 2016 - 11:30
in XƏBƏR LENTİ

Baş redaktorun “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusu qəbul olunub

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında növbəti dissertasiya müdafiəsi keçirilib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiə olunub. Dissertasiyanın elmi rəhbəri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix institunun direktoru, professor Yaqub Mahmudov öz çıxışında mövzunun aktuallığından və əhəmiyyətindən söz açaraq Bakı uğrunda Azərbaycanın milli qüvvələrinin Qafqaz İslam Ordusu ilə birgə mübarizəsindən danışıb.
Eyni zamanda, Y. Mahmudov sözügedən dissertasiya mövzusunun müdafiəsinin 31 Mart soyqırımı ərəfəsinə salınmasının təsadüfi olmadığını qeyd edib.
Mövzu ilə bağlı məlumat verən Akif Aşırlı “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin 3 fəsildən ibarət olduğunu deyib: “İlk fəsildə Qafqaz İslam Ordusunun yaranması və onun ilk döyüş sınaqlarından və Bakı Sovetinin silahlı qüvvələri və Qafqaz İslam Ordusu arasında hərbi əməliyyatlara dair mətbuat xəbərlərindən bəhs olunur. İkinci fəsil isə artıq Xalq Komissarları Sovetinin süqutundan sonra Bakıda hərbi siyasi vəziyyət və Bakı uğrunda Azərbaycan milli qüvvələrinin Qafqaz İslam Ordusu ilə birgə mübarizəsi, ən nəhayətində isə Azərbaycan paytaxtının azad edilməsi əks olunub. Müdafiə işimin 3-cü fəsildə isə Qafqaz İslam Ordusunun Hərəkatının son mərhələsi qeyd olunub. Bu mərhələyə Qarabağda erməni separatizmi ilə mübarizə, Mudros barışığından sonrakı hərbi-siyasi vəziyyət, Qafqaz İslam Ordusunun ləğvi aiddir”.
Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib. Müəllif mövzu ilə bağlı sualları cavablandırıb, tövsiyələri dinləyib. Müdafiənin davamında Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov səsvermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.
Elmi Şuranın iclasına sədrlik edən professor Fəzail İbrahimli A.Aşırlının “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.
Qeyd edək ki, A.Aşırlının dissertasiya müdafiəsində elmi rəhbər və Müdafiə Şurasının üzvləri ilə yanaşı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər ictimaiyyət üzvləri, elm adamları iştirak edib.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudov apreldə həbs ediləcək

Next Post

Elnarə Abdullayevaya qadağa qoyuldu – Danışa bilməz

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Elnarə Abdullayevaya qadağa qoyuldu - Danışa bilməz

Prezident ABŞ-da yəhudilərlə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.