"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Akif NAĞI: “Azərbaycan müharibə və şərəfsizlik dilemması qarşısındadır”

18 May 2015 - 17:37
in CƏMİYYƏT MANŞET

11245221_448313955330731_1718519705_nAzərbaycan cəmiyyəti Ermənistana qarşı müharibəyə hazırdır

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

 

AİM.az-ın budəfəki müsahibi Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif NAĞIDIR

 

– Qarabağ Azadlıq Təşkilatı olaraq Qarabağın azad olunmasının yolunu nədə görürsünüz?

– Biz təşkilat olaraq öz mövqeyimizi dəfələrlə rəsmi qaydada bildirmişik. Hesab edirk ki, Qarabağın qaytarılmasının hərbdən başqa yolu yoxdur. Bu qənatə ona görə gəlmişik ki, bugünə qədər danışıqlar yolu davam etdirilir, amma ortada heç bir nəticə yoxdur. Beynəxlaq təşkilatların müəyyən sənədləri, BMT-nin qətnamələri var, düzdür, bu sənədlər kağız üzərində olsa da, dolayı yolla Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiq edir. Qəbul olunmuş qətnamələrə, sənədlərə baxmayaraq, beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərin qaytarılması üçün öz imkanları daxilində heç bir addım atmaq istəmirlər.
Azərbaycan xalqı uzun müddətir işğal faktına dözür. Artıq xalqda səbr qalmayıb. Əgər beynəlxalq təşkilatlar belə qeyri-obyektiv mövqe tutmaqda davam edərsə, o zaman torpaqlar mütləq müharibə yolu ilə azad olunmalıdır. Cəmiyyətimizin özündə də tez-yez belə bir sual qoyulur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla, yoxsa sülh yolu ilə həll olunsun? Biz bu diskussiyaların əleyhinəyik. Bu gün Azərbaycan münaqişənin hərbi və ya sülh yolu ilə həlli dilemması qarşısında deyil. Bu gün Azərbaycan müharibə və şərəfsizlik dilemması qarşısındadır. Ya biz bir xalq, dövlət olaraq ayağa qalxıb müharibə etməliyik, ya da şərəfsizlik yolunda addımlamağı davam etdirməliyik.

 

20 il ərzində Azərbaycan  müharibəyə tam hazır olmalı idi

 

– Bu gün Azərbaycan müharibəyə hazırdırmı?
– Əlbəttə, ilk olaraq Azərbaycan ordusu müharibəyə hazır olmalıdır. Ordu qapalı strukturdur. Mənim bu haqda konkret məlumatım yoxdur. Belə götürəndə isə, atəşkəsdən keçən 20 il ərzində Azərbaycan ordusu, Azərbaycan dövləti müharibəyə tam hazır olmalı idi. Qərarları hakimiyyətdə olanlar verməlidir. Əgər ordu döyüşə hazırdısa, müharibəyə başlamalıyıq. Yox, əgər hazır deyilsə, o zaman iqtidar hakimiyyətdən uzaqlaşmalıdır. Ümumiyyətlə götürsək, mənim fikrimcə, Azərbaycan cəmiyyəti Ermənistana qarşı müharibəyə hazırdır.

Televiziyalarımız cəmiyyətin bayağılaşdırılması, arzıslaşdırılması istiqamətində iş aparır

– Cəmiyyətdə vətənpərvərlik tərbiyəsinin təbliği sizi qane edirmi?
– Bununla bağlı istər orta və ali məktəblərdə, istərsə də KİV-də müəyyən tədbirlər keçirilir, kifayət qədər təbliğat aparılır. Lakin bu sahədə də nöqsanlar var. Xüsusilə televiziya kanlarlarında anti-təbliğat aparılır. Yəni, hələ ki biz televiziyalarda əhalinin müharibəyə səfərbər olunması istiqamətində addımlar atılmasını görmürük. Əksinə, televiziyalarımız cəmiyyətin bayağılaşdırılması, arzıslaşdırılması istiqamətində iş aparır.

Azərbaycan müharibə yolunu tutsa, onun bu təşəbbüsünü boğmağa çalışacaqlar

– Avropa Parlamentinin “erməni soyqırımı”nı tanıması nəyin nəticəsidir? Azərbaycanı da bu formada ədalətsizliklər gözləyirmü?

– Əlbətdə, bu ikili standartların nəticəsi idi. Avropa dövlətləri də, ABŞ da istəmir ki, regionda hansısa münaqişə ocağı alovlansın. Azərbaycanın müharibə təşəbbüsü də dəstəklənmir. Yəni əgər Azərbaycan müharibə yolunu tutsa, onun bu təşəbbüsünü boğmağa çalışacaqlar. Onu da deyim ki, Avropa Parlamenti 1995-ci ildən qondarma erməni soyqırımı məsələsini müzaikər edir. Bu barədə onlar bəzi qərarlara da imza atmışdılar. İndi isə belə haqsız, ədalətsiz bir qətnaməni qəbul etdilər. Ancaq tarixi öyrənmək siyasətçilərin deyil, tarxçilərin işidir. O ki qaldı Azərbaycana, dövlət və cəmiyyət olaraq torpaqlarımızı işğaldan azad etməyə hazırıqsa, heç bir kənar qüvvə bizə mane ola bilməz.

Dünya Azərbaycan həqiqətlərini qəbul etmək istəmir

– Niyə bu münasibəti Xocalı soyqırımında hiss etmədik?

– Xocalı soyqırımının dünyaya tanıdılması üçün kifayət qədər işlər görülüb, dünya bu soyqırımı çox gözəl bilir. Sadəcə olaraq dünya Azərbaycan, müsəlman həqiqətlərini qəbul etmək istəmir, çünki bu, onlara sərf etmir. Onların məqsədi bütün vasitələrdən istifadə edərək türk-müsəlman dünyasını zəiflədilib asılı vəziyyətə salmaqdır.

İqtidar-müxailfət dialoqu Dağlıq Qarabağ məsələsinin həllinə öz töhfəsini verə bilər

– Son günlər ölkə ictimaiyyətinin diqqətində olan iqtidar-müxalifət dialoqu Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilərmi?

– Mən bu görüşləri diqqətlə izləyirəm. Çox təəssüf ki, hələ həmin görüşlərdə Qarabağ məsələsinin müzakirə olunduğunu görmürəm. Əlbəttə, cəmiyyətdə birlik yaranır, iqtidar – müxailfət dialoqları da həmin birliyin əlamətlərindəndir. Bu birlik köklü problemlərin, o cümlədən  Dağlıq Qarabağ məsələsinin həllinə öz töhfəsini verə bilər. İstənilən halda bu birlik Qarabağ probelmi ilə bağlı ümumi mövqeyin formalaşmasına gətirib çıxaracaq və heç kəs bu məsələdən kənarda qalmayacaq. Təəssüf ki, bəzi partıyalar bu proseslərdən kənarda dayanır, öz şərtlərini irəli sürürlər, amma bu proseslərdən kənarda qalmaq milli maraqlara xidmət etmir. Ümummilli məsələlərdə iqtidarla müxalifət mütləq bir arada olmalıdır.

Cəmiyyətdə zərərli tənqid psixologiyası var

– Xüsusilə qarşımızda dayanan çox ciddi problemlər nəzərə alınmalıdır.

– Əlbəttə. Azərbaycan gənc dövlətdir. Problemlərimiz çoxdur və bu problemlərin həlli üçün hər kəs səy göstərməlidir. Bizim cəmiyyətdə zərərli tənqid pisixologiyası var. Hər kəs tənqid olunur. Mən hesab edirəm ki, Azərbaycanda olan problemlərin aradan qalxması üçün hər kəs özündən başlamalıdır, hər kəs özünü tənqid etməlidir. Cəmiyyətin diqqəti ümummilli problemlərin həllinə yönəlməlidir. Bu problemlərin sırasında  isə ilk olaraq Dağlıq Qarabağ münaqişəsi dayanmalıdır…
Aim.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Putinə rişxənd etdi

Next Post

“Abbas Abbasovun Azərbaycanda dayağı yoxdur”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

“Abbas Abbasovun Azərbaycanda dayağı yoxdur”

Dollar və avroda son vəziyyət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.