"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Akif Rəhimov şəhid ailəsini necə satın aldı? – Biznesmenin 17 yaşlı oğlunun ŞOK CİNAYƏTİ

08 Dekabr 2017 - 11:37
in aktual-banner, Banner, Cebhe-banner, SEÇMƏ XƏBƏRLƏR


Azərbaycanda əhali bəzi məmur övladları ilə yanaşı, bir sıra biznesmen övladlarının da özbaşınalığından əziyyət çəkir. Prezident İlham Əliyev məmurlara övladlarının özbaşınalığı ilə bağlı dəfələrlə xəbərdarlıq edib, hətta bir sıra yüksək vəzifəli şəxslər məhz övladlarının qanunsuz davranışlarına görə cəzalandırılıb.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Lakin ölkədə övladının cinayətini ört-basdır etməyə çalışan biznesmenlər də var. “Yeganə” şadlıq sarayının sahibi Akif Rəhimovun bir müddət öncə oğlu Rəhim Rəhimovun avtomobillə vuraraq öldürdüyü piyadanın “qanını batırmaq” üçün əl atdığı yollar buna bariz nümunədir.

Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov “Jeep Grand Cherokee” markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib və piyadanı vuraraq öldürüb. Bu hadisəyə görə, Rəhimov Rəhim Akif oğluna Səbail rayon məhkəməsinin qərarı ilə 263.2-264 cü maddəsi ilə cinayət işi açılıb, haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq sisteminə görə, iş daha sonra məhkəməyə getməli və hökm verilməlidir. Məhkəmənin hökmünə qədər, yəni istintaq araşdırması zamanı hadisəni törətmiş şəxs təcridxanada qalmalıdır. Lakin məlumatlara görə, A.Rəhimov piyadanın ölümünə səbəb olan oğlunun həbsə düşməsinin qarşısını almağa çalışıb.

Bu hadisədə ilk sual Akif Rəhimovun 2000-ci il təvəllüdlü oğlu Rəhim Rəhimovun sürücülük vəsiqəsi olmadan avtomobili necə idarə etməsidir. Görünür, dövlət başçısının təbirincə desək, Akif Rəhimov sürücülük vəsiqəsi almağa yaşı çatmayan 17 yaşlı oğluna “Jeep Grand Cherokee” markalı lüks avtomobilini alacaq və piyadanın ölümünün üstünü örtməyə çalışacaq qədər “böyük” biznesmendir.

Akif Rəhimov oğlunu həbsdən necə xilas edir?

Burada diqqət çəkən, əslində ölkədə bir biznesmenin hüquq sisteminə müdaxilə etdiyini göstərən ikinci məqam budur.

Əldə etdiyimiz məlumatlara görə, Akif Rəhimovun 17 yaşlı oğlunun öldürdüyü piyada şəhid ailəsinin üzvüdür. A.Rəhimov hadisədən sonra şəhid ailəsinin şikayətçi olmaması üçün min yola əl atıb. Hətta ailənin şikayəti geri götürməsi üçün külli miqdarda pullar da xərcləyib.

Lakin zərərçəkmiş tərəf şikayətçi olmasa da, ortada insan ölümü var və qanunvericliyə görə, sürücülük yaşına çatmamış şəxsin avtomobillə piyadanı vuraraq öldürməsi cinayət məsuliyyəti deməkdir. Deməli, Akif Rəhimovun 17 yaşlı oğlu qanunvericiliyə əsasən həbs olunmalıdır. Amma 17 yaşlı Rəhim Rəhimov piyadanı öldürəndən sonra azadlıqda gəzəcəksə, bu müyyən şübhələrə yol açaçaq. Ehtimallar var ki, A.Rəhimov istintaqa və məhkəmə işinə müdaxilə etməyə çalışır.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatlarda da deyilir ki, Akif Rəhimov istintaqı öz xeyrinə dəyişmək üçün müxtəlif vasitələrdən istifadə edir, həmçinin, məhkəməni ələ almağa çalışır.

“Yeganə”nin sahibi oğlunu həbsdən xilas ütmək üçün hansı yollara əl atdı?

Akif Rəhimov piyadanı “qanını necə batırdı?”

Biznesmen şəhid ailəsinə niyə təzyiq edir?

Bununla bağlı araşdırmalarımız davam edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“SSRİ-də siyasi terror qurbanları” bazasına Azərbaycandan yeni adlar daxil edildi

Next Post

“Roma”nın baş məşqçisi Əfran İsmayılovdan danışdı

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

“Roma”nın baş məşqçisi Əfran İsmayılovdan danışdı

Səlim Müslümov işsizlik probleminin səbəblərindən danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.