Əməkdar artist Hüsniyyə Mürvətova “Günə baxan” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, aktrisa aktyorların qaancının azlığından şikayətlənib:
“Qonşularını, tanışlarını filmlərə çəkirlər. Ona görə də seriallarımız pis vəziyyətdədir. Seriala iki-üç peşəkar sənət adamı dəvət edirlər. Onların partnyoru istedadsız olduğu üçün keyfiyyətli iş alınmır. Aktyorlara niyə pul vermək istəmirlər? Bizim başqa qazanc yerimiz yoxdur. Başqa işlə məşğul olub pul qazana bilmərəm. Prezidentimiz iki-üç il aktyorlara pul ayırırdı ki, bizim vəziyyətimiz yaxşı olsun. Bu pullar kimlərinsə cibinə getdi, kimlərsə varlandı”.



