ABŞ-ın Kaliforniyadakı “Vanderberq” HSQ bazası yaxınlığında akulalar çimərlikdə insanlara
hücum edib.
RİA Novosti bildirir ki, bu barədə səhər saatlarında “Röyter” agentliyi xəbər yayıb. Nəticədə bir sörfçü yaralansa da sağ qalıb. Yerli KİV-in yazdığına görə, hücum edən ağ akulanın uzunluğu 3-4 metr olub.
Kaliforniya hakim dairələri təhlükəsizliyi təmin etmək üçün üç yerli çimərliyi bağlayıb. Məlumata görə, Serf, Minutyemen və Voll çimərlikləri bazar günü axşam saatlarınadək bağlı olacaq.
Agentliyin qeyd etdiyi kimi, ABŞ-ın Sakit okean sahillərində akulanın hücumu nadir baş verən hallardandır. Belə ki, 1900-cu ildən bu yana Kaliforniya sahillərində 154 uyğun hadisə qeydə alınıb. Sonuncu dəfə akula hücumu nəticəsində ölüm faktı 2012-ci ilin oktyabrında baş verib. Son 60 ildə isə cəmi 13 ölüm halı qeydə alınıb.



