Elchi.az xəbər verir ki, Kolumbiyadakı Kali kartelinin keçmiş üzvü, “Los Magicos” bandasının lideri kimi tanınan “Alacran” ləqəbli Henri Loaiza Ceballos təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat nəticəsində saxlanılıb.
Uzun bir rekordu olan “Alacra”nın 300 adamın qətlindən məsul olduğu öyrənilib.
“Alacran” hədə-qorxu ilə tələb etməkdə, adam öldürməkdə, işgəncə verməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və cinayət təşkilatı yaratmaqda ittiham olunur.
Çox qaranlıq keçmişi olan “Alacran”, ölkədə zorakılığın intensiv olduğu 1986-1994-cü illər arasında 300 nəfərin qətlindən məsul tutulur.
Bir vaxtlar Kali kartelinin ən güclü üzvlərindən biri hesab edilən “Alacra”nın 1995-ci ildə Trujillo qəsəbəsinə edilən hücumda 43 nəfərin öldürülməsində əli olduğu iddia edilirdi.
1995-ci ildə polisin keçirdiyi əməliyyatla yaxalanan “Alacran” 22 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə hakimin qərarı ilə azadlığa buraxılıb.
Nuranə Məmmədova





