
KXCP sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı Seçki Komissiyasından şikayəti bir müddət öncə Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmayıb. Buna görə də Mirmahmud Mirəlioğlu növbəti məhkəmə instansiyasına-Ali Məhkəməyə şikayət edib. KXCP sədrinin səlahiyyətli nümayəndəsi Elşən Həşimovun musavat.com-a verdiyi xəbərə görə Mirmahmud Mirəlioğlunun Apelyasiya Məhkəməsinin qərarından şikayətinə Ali Məhkəmə oktyabrın 21-də saat 14.30-da baxacaq.
E.SEYİDAĞA



