Ali məktəblərə qəbul planı açıqlandı

Bunu da oxuyun

Ali məktəblərə qəbul planı açıqlandı
2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.

Elchi.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.

Son 4 ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014/2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37 763 olmuşdusa, 2015/2016-cı tədris ilində bu rəqəm 38 831, 2016/2017-cı ildə 41 736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq. Bu tədris ilində 41 736 plan yerinə 34 224 tələbə qəbul olmuşdusa, növbəti qəbul zamanı bu rekordun yenilənəcəyi gözlənilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728