"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

03 İyun 2020 - 17:49
in CƏMİYYƏT

Vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri* istisna olmaqla saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Mərkəzdən verilən məlumata görə, vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxılsa “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğu müşahidə edilir. “Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, “Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər. Ona görə də bir daha tövsiyə edilib ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin.

Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

Qeyd edək ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67 837 abituriyent, bu il isə artıq 68 527 abituriyent ərizəsini təsdiq edib.

Digər bir müraciətimiz 6 və ya 7 iyun tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev Ağcabədiyə gedib

Next Post

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

“Keşikçidağ”da təxribat törədilə bilər — DSX-dan AÇIQLAMA

“Keşikçidağ”da təxribat törədilə bilər — DSX-dan AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.