Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi işçisi yeraltı təkanların tam ayda baş verdiyinə diqqət çəkib.
Elchi.az xəbər verir ki, Türkiyədə 12 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələnin dolayı səbəbləri nüvə silahı sınaqları və tam ay ola bilər. Bu fikri URA.RU-ya müsahibəsində Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets deyib.
Alim yeraltı təkanların tam ayda baş verdiyini qeyd edib.
“Çünki qravitasiya qüvvələri təsir edir, baxmayaraq ki, bir çoxları onların çox zəif olduğunu deyirlər. Amma tətik də elə budur. Çox zəif olsa belə, lazımi anda işləyir”.
Fizika-riyaziyyat elmləri doktoru nüvə sınaqlarını belə tetikleyicilərdən biri adlandırdı. Onun sözlərinə görə, çoxdan dayansalar da, nüvə sınaqlarının təsiri altında seysmik aktivlik kəskin artıb və bundan sonra artıq əvvəlki səviyyəsinə enməyib.
Şayəstə






