"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Allahşükür Paşazadə: “… bəşəriyyət sonu görünməyən uçuruma gedir”

26 İyul 2014 - 00:36
in CƏMİYYƏT MANŞET
“İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir”.97857632d7d52fc1a5cecc0ee2d57853

APA-nın məlumatına görə, bunu Beynəlxalq Qüds günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

Şeyx qeyd edib ki, bu gün dünya xəritəsində qaynar nöqtələrin sayı sülh və rifah içində yaşayan dövlətlərin sayından qat-qat çoxdur: “Xüsusilə bizim də daxil olduğumuz İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir. Qarabağ müharibəsinin, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan bir xalq kimi, biz azərbaycanlılar İraq türkmənlərinin qətliamına, Suriyadakı qardaş qırğınına, terrorçu İŞİD-in hər gün törətdiyi rəzalətlərə və hərbi cinayətlərə laqeyd yanaşa bilmirik. Amma bu gün vəziyyət elədir ki, bir sıra dövlətlərin, o cümlədən, Suriya, İraq, Fələstin, həmçinin terrorun səngimədiyi Əfqanıstan, Pakistan, Liviya, Mali və digər müsəlman ölkələrinin müasir durumunu fəsad və faciələr tarixi adlandırmaq olar. Hər gün yüzlərlə müsəlman qətl edilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, xristian kilsələri, pravoslav və katolik məbədləri bombalanır, yerlə yeksan olur. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində yeni bir sosial fəlakət – bir-birinə nifrət edən, bir-birinin qanına susayan insanlar cəmiyyəti yaranır. Sözdə dünyanın qloballaşdığı, mədəniyyətlərin yaxınlaşdığı, elmin, tibbin, iqtisadiyyatın təkmilləşdiyi bir zamanda yaşayırıq. Amma reallıqda insanlar arasında milli, dini, irqi zəmində nifrət və qarşıdurma sayəsində bəşəriyyət sonu görünməyən uçuruma gedir və təəssüf ki, bu qətliamın dayandırılması, hələ ki, mümkün deyil”.

A. Paşazadə bildirib ki, qeyd olunan Qüds gününün hər il Ramazanın son cüməsində keçirilməsi təşəbbüsü Ayətullahi-uzma Xomeyniyə aiddir: “Biz onu rəhmətlə yad edirik. Biz İslam dünyasında baş verən savaşlar, qardaş qırğınları və təxribatlarla əlaqədar bu yaxınlarda xüsusi bəyanat vermişik və müqəddəs Ramazan ayı ərzində savaşlara son qoyulması çağırışı etmişik. Bugünkü tədbirimizdə müsəlman ölkələri səfirlərinin iştirakına görə təşəkkür edirik və Qəzza ilə əlaqədar qəbul edəcəyimiz bəyanatın dünya ictimaiyyətinə, bütün dövlətlərə və cəmiyyətlərə ünvanlanmasını istəyirik. Məqsədimiz budur ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər ki, Allah-taalanın bizim üçün yaratdığı bu dünyanı, sülh və əmin-amanlıq üçün bizə əmanət etdiyi bu cahanı hikmət və barışla xilas etməyin zamanı gəlib. Biz əminik ki, Rəbbimizin hidayət yolundan azaraq günahsız insanların qanını axıdanlar, terrora və qətliama haqq qazandıranlar, gec ya tez, mütləq Uca Yaradanımızın və cəmiyyətin qarşısında cavab verəcəklər”.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Next Post

6000 İraq vətəndaşını qətlə yetirib- İŞİD

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

6000 İraq vətəndaşını qətlə yetirib- İŞİD

Bu il Azərbaycandan 22 xarici şirkət qovulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.