"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Allahşükür Paşazadə Gürcüstanın Baş naziri ilə görüşüb – YENİLƏNİB

22 İyul 2022 - 13:02
in CƏMİYYƏT

Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, görüş zamanı Baş nazir İrakli Qaribaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın təkcə qonşusu deyil, həm də qardaş xalq, dost dövlətdir və Gürcüstan iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

“Mən həmişə deyirəm ki, Azərbaycan təkcə bizim qonşumuz deyil, həm də qardaş xalqımız, dost dövlətimizdir və təbii ki, biz ölkələrimiz arasında mövcud olan qardaşlığı, dostluğu yüksək qiymətləndiririk. Bütün istiqamətlərdə bizim qeyri-adi nəticələrimiz, konkret irəliləyişlərimiz, çox yaxşı münasibətlərimiz mövcuddur və sizin səfəriniz bu qardaşlığın, sevginin sübutudur”, – deyə baş nazir bildirib.

Hacı Allahşükür Paşazadə isə öz növbəsində Gürcüstan Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. O, Gürcüstanın baş nazirinin iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfəni vurğulayıb.

“Səfərə başlamazdan əvvəl Prezident İlham Əliyevlə əlaqəmiz oldu və o, xüsusi olaraq məndən onun səmimi salamlarını şəxsən sizə çatdırmağı xahiş etdi və mən bu vəzifəni yerinə yetirdim. Mən siyasətçi deyiləm, amma Qafqazda bu iki qonşu ölkənin münasibətlərinin siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə yüksək səviyyədə olması birmənalı olaraq diqqət çəkir”, – deyə Allahşükür Paşazadə bildirib.

Görüş zamanı Gürcüstan hökumətinin müsəlman icmasına dəstək istiqamətində həyata keçirdiyi müxtəlif məsələlərə də diqqət yetirilib.

Qeyd olunub ki, Gürcüstanda dövlət tərəfindən 228 məscid, o cümlədən 1300 kvadratmetr ərazi müsəlmanların ixtiyarına verilib. Ümumilikdə isə bu gün Gürcüstanda 300 məscidin fəaliyyət göstərdiyi qeyd olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, QMİ sədrinin birinci müavini Salman Musayev və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev də iştirak ediblər.

***

11:46

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana səfəri davam edir.

Elchi.az xəbər verir ki, QMİ sədrinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olub.

Allahşükür Paşazadə Gürcüstanın Baş naziri ilə görüşüb
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu

Next Post

Azərbaycanda hər il 4 adda yeni dərman istehsal olunacaq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda hər il 4 adda yeni dərman istehsal olunacaq

Azərbaycanda hər il 4 adda yeni dərman istehsal olunacaq

Özəl bağçalar üçün vergi güzəştləri nəzərdə tutulur

Bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.