“Jahn Regensburg” da çıxış edən 25 yaşlı futbolçu “Agyemang Diawusie”nin dünyasını dəyişdiyi açıqlanıb. Bu xəbər alman futbolunda şok effekti yaratsa da, Diavusinin ölüm səbəbi hələ açıqlanmayıb.
Elchi.az xəbər verir ki, karyerasını 3-cü Liqa təmsilçisi “Jahn Regensburg”da davam etdirən “Agyemang Diawusie”nin ölüm xəbəri alman futbolunu sarsıdıb.
Jahn Regensburqdan verilən açıqlamada 25 yaşlı futbolçunun çərşənbə axşamı günorta saatlarında öldüyü, lakin ölüm səbəbi ilə bağlı hələlik açıqlama verilmədiyi bildirilib.
Jahn Regensburqun verdiyi açıqlamada, “Klubumuzda çıxış edən 25 yaşlı oyunçumuz Agyemang Diawusie-nin vəfatı xəbərini aldıq. Klub bu faciəli hadisədən çox kədərləndi və sarsıldı.
Jahn Regensburg ailəsi Agyemangın ailəsi, qohumları və yaxın dostları ilə birlikdə yas saxlayır. “Baş verən dəhşətli hadisə ilə əlaqədar ailənin şəxsi həyatına hörmət edilməsini xahiş edirik”.
Almaniyanın 15 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarında da forma geyinən futbolçu yay transfer dövründə “Jahn Regensburq”a transfer olunub və göstərdiyi performansla komandanın vazkeçilməz adlarından birinə çevrilib.
Sağ cinah mövqeyində çıxış edən futbolçu karyerası boyunca “Leyptsiq”, “Dinamo Drezden”, “İnqolştadt”, “Nürnberq”, “Rid”, “Venen” kimi klublarda da çıxış edib.
Agyemang Diawusie mövsümün əvvəlində transfer olunduğu Jahn Regensburg-un heyətində bu mövsüm bütün yarışlarda ümumilikdə 16 matçda iştirak edib.
Nuranə Məmmədova





