Almaniyada daxili kəşfiyyata cavabdeh olan Konstitusiyanın Mühafizəsi Təşkilatının (BfV) rəhbəri Tomas Haldenvanq Rusiyanın Almaniyada kəşfiyyat fəaliyyətinə marağının daha da artdığını bildirib.
Elchi.az-ın “Trthaber.com.tr”-yə istinadən məlumatına görə, Haldenvanq Almaniyanın DPA Xəbər Agentliyinə deyib:
“Rusiyanın Almaniyaya kəşfiyyat marağı təkcə fasiləsiz deyil, həm də müharibənin (Ukraynada) təsirləri davam etdikcə artır”.
Haldenvanq Federal Kəşfiyyat Xidmətinin (BND) Almaniyada xarici kəşfiyyata cavabdeh olan və bu yaxınlarda həbs edilmiş ikili agentinə istinad edərək, “İndiki iş həm də Rusiyanın casusluq fəaliyyətinin təhlükəsinin nə qədər real olduğunu göstərir”,-deyə qeyd edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Almaniyanın Berlindəki Rusiya səfirliyinin 40 əməkdaşını persona non qrata elan etdiyini xatırladan Haldenvanq qeyd edib ki, onlar Moskvanın itirdiyi kəşfiyyat imkanlarını ya daha çox mobil agentlə, ya da başqa örtüklə kompensasiya etməyə çalışacaqlar.
“Rusiya xidmətlərinə bağlı ola biləcək digər şəxslərin Almaniyaya gəlməsinin qarşısını almaq üçün böyük səylər göstəririk”,-deyən Haldenvanq bu məqsədlə federal hökumətin viza qaydalarını sərtləşdirdiyinə diqqət çəkib.
Rus və digər kəşfiyyat xidmətlərinin bir müddətdir casusluq fəaliyyətlərini artırmağa hazırlaşdığını izah edən Haldenvanq, “Keçmişdə əks-kəşfiyyat sahəsində çox az iş gördüyümüz iddialarını qəti şəkildə təkzib etmək istərdim”,-söyləyib.
Yeganə




