Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin ölkənin şərqində yerləşdiriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə yerli radioya danışan Blaşçak ötən ay Polşanın şərqinə düşən və iki nəfərin ölümünə səbəb olan raketin ardından Almaniya hökumətinin Varşavaya Patriot təklif etdiyini xatırladıb.
Belə bir vəziyyətin bir daha yaşanmayacağına ümid etdiklərini ifadə edən Blaşçak, “Batareyalar Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Lublin bölgəsində yerləşdiriləcək” dedi.
Polşa ərazisinə düşən raketin yalnız bir neçə saniyə ölkənin hava məkanında qaldığına diqqət çəkən nazir Blaşçak, “Ona görə də belə bir qəzanın qarşısını almaq son dərəcə çətindir. Bu cür sistemlər Qərbi Ukraynada yerləşdirilsə daha təsirli olacaq.”
Noyabrın 15-də naməlum raket Polşa-Ukrayna sərhədində yerləşən Prjevodov kəndinə düşüb, 2 nəfər həlak olub.
Şayəstə





