
Fransanın cənubunda sərnişin təyyarəsini yerə çırparaq 150 nəfərin həyatına son qoyan pilot haqda yeni məlumatlar əldə olunub.
Avropa.info xəbər verir ki, qəza anında təyyarəni idarə edən 27 yaşlı köməkçi pilot Andreas Lubits internet vasitəsilə intihar yöntəmləri haqda axtarış aparıb.
Hadisəni araşdıran prokuror Ralf Harenbruk verdiyi yazılı açıqlamada Lubitsin evindən götürülən bir planşetin üstündə araşdırma aparıldığını bildirib.
Lubits ona aid planşetlə intihar üsulları ilə yanaşı həmçinin təyyarənin pilot kabinasının qapısı haqda da məlumat toplayıb.
Planşet vasitəsilə 16-23 mart tarixlərində aparılan axtarışları planşetin arxivindən əldə etmək mümkün olub.
Xatırladaq ki, Almaniyaya aid Airbus A320 tipli sərnişin təyyarəsi Barselona-Düseldorf xətti ilə hərəkət etdiyi zaman qəzaya uğramış və hadisə zamanı 144 sərnişindən və 6 ekipaj üzvündən xilas olan olmamışdı.



