Bu gün Rumıniyada prezident seçkiləri keçirilir
Bu gün Rumıniyada prezident seçkiləri keçirilir. Ölkənin əsas kürsüsü uğrunda əsas namizədlər Sosial-Demokrat Partiyasından olan hazırkı baş nazir Viktor Ponta və Milli-Liberal Partiyanın lideri, almandilli icmadan çıxan Klaus Yohannes hesab edilir.
2 dəfə dövlət başçısı seçilən Rumıniyanın hazırki prezidenti Trayan Besesku isə namizədliyini yenidən irəli sürmək hüququna malik deyil. Onunla Baş nazir və prezidentliyə namizəd Viktor Ponta arasında münasibətlər gərgindir. Seçki kampaniyası zamanı Besesku Pontanın keçmiş casus olduğunu iddia etmişdi.
Əgər bugünkü səsvermə nəticəsində qalib müəyyən edilməzsə, noyabrın 16-da prezident seçkilərinin ikinci turu keçiriləcək (Anspress).



