Almaniya Türkiyə ilə müsbət və konstruktiv əlaqələrin davamını arzulayır. Lakin son günlər cərəyan edən proseslər bunun çətin olduğunu göstərir.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Frank Valter-Ştaynmayer estoniyalı həmkarı Jürgen Ligi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Suriya və İraqda yaşanan böhrandan dolayı Türkiyə önəmli müttəfiqimizdir və belə də davam edəcək. Bu səbəbdən rəsmi Ankara ilə münasibətlərimizi müsbət məcrada davam etdirmək istəyirik. Lakin son günlər baş verən hadisələr və hətta alman deputatların İncirlik aviabazasına səfəri belə bunun qəliz olduğunu göstərdi. Ərdoğanın Almaniyanın təhlükəsizlik məsələsi ilə bağlı açıqlamasını isə anlaya bilmirəm”.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Almaniyanı terrora dəstək verməkdə günahlandırıb.




