Ukraynadakı vəziyyətə görə Almaniya 2024-cü ildə sursat alışını üç dəfədən çox artırmağa hazırlaşır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı deyib.
Mövcud planlar barədə danışan müdafiə idarəsinin rəisi qeyd edib ki, gələn il Berlin döyüş sursatlarının alınmasına xərcləri 3 dəfədən çox artırmaq niyyətindədir. O vurğulayıb ki, Qərb ölkələri Kiyevə silah ötürülməsi səbəbindən tükənmiş ehtiyatları doldurmağa çalışır.
Bundan əvvəl Almaniya çağırışçıların Ukraynaya ekstradisiyası tələbinə münasibət bildirib.
Havar Şəfiyeva






