Almaniyanın 2024-cü il büdcəsinə Ukraynaya səkkiz milyard avro birbaşa hərbi yardım daxildir. Elchi.az xəbər verir ki, Kiyevə bu qədər dəstək kansler Olaf Şolz tərəfindən bəyan edilib.
Şolz bu barədə hakim koalisiya nümayəndələrinin ölkədə büdcə böhranının həllinə həsr olunmuş iclasının yekunlarına dair açıqlama verib. Məsləhətləşmələrdən sonra 17 milyard avroluq büdcə kəsiri riskinə baxmayaraq, ayrılan vəsaitin həcminin saxlanılması qərara alınıb.
Qeyd olunur ki, Almaniya kansleri Almaniyadakı ukraynalı qaçqınlar üçün altı milyard avronun ayrılmasından da danışıb.
Havar Şəfiyeva






