Welt: Amerika maye qazının kömürdən 274 faiz daha zərərli olduğu ortaya çıxdı.
Elchi.az xəbər verir ki, Almaniya mayeləşdirilmiş təbii qazdan (LNG) istifadənin iqlimə kömür yandırmaqdan daha zərərli olduğunu bildirib. Bu barədə “Die Welt” qəzeti Kornel Universitetinin alimlərinə istinadən məlumat yayıb.
Araşdırmaya görə, ABŞ-ın LNG-dən enerji istehsalı kömürdən istifadə etməkdən daha çox istixana qazları yaradır. Tədqiqatın müəlliflərindən biri Robert W. Howarth-ın fikrincə, hidravlik qırılmadan tutmuş emal, mayeləşdirmə və nəhayət, dünya okeanları boyunca yanacağın daşınmasına qədər bütün istehsal və nəqliyyat zənciri, xüsusilə də aşındırıcı qaz olan metandan geniş sızma yaradır.
Ən yaşıl gəmiləri və ən qısa çatdırılma yollarını seçərkən belə, LNG-dən istifadə 24 faiz daha çox istixana qazı emissiyasına malikdir. Ən pis halda, LNG kömür yandırmaqdan 274 faiz daha çox emissiya istehsal edir.
Şayəstə Hüseynova





