Bundestaqın üzvü Sara Vaqenknext yeni partiyanın yaradıldığını elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində məlumat verib.
Berlində “Sarah Wagenknecht Union – Ağıl və Ədalət naminə” siyasi qüvvəsi yaradılıb, yanvarın 8-də təsis yığıncağı keçirilib. Digər şeylər arasında partiyanın Ukraynaya silah tədarükünə qarşı mübarizə və anti-Rusiya sanksiyalarının ləğvi üçün planları açıqlanıb. Həmçinin partiyanın proqram xarakterli bəyanatında Almaniyada sosial ədalətin əldə olunması və miqrasiya siyasətinin sərtləşdirilməsi də yer alıb.
Havar Şəfiyeva






