Almaniya Federal Kartel Ofisi tərəfindən edilən açıqlamada “Apple”-ın bazarlararası rəqabət baxımından fövqəladə əhəmiyyətə malik bir şirkət olduğu vurğulanıb.
Elchi.az xəbər verir ki, açıqlamada, “Apple”-ın qlobal satış və mənfəətinin müvafiq olaraq 400 milyard dollar və 100 milyard dollar olduğu və şirkətin smartfonlar, planşetlər və ağıllı saatlardan başlayaraq əməliyyat sistemləri vasitəsilə bütün əlaqəli səviyyələrdə dominant, lakin güclü bazar mövqelərinə sahib olduğu ifadə edilib.
Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt, mövzu ilə bağlı qiymətləndirməsində “Apple”-ın bazarlar arasında iqtisadi gücə sahib olduğunu və bu şirkətə rəqabət tərəfindən lazımi şəkildə idarə olunmayan hərəkət etmək imkanı verdiyini söyləyib.
Mundt qeyd edib:
” “Apple”, “iPhone” kimi mobil cihazları ilə təkcə Almaniyada deyil, həm də Avropada və bütün dünyada rəqabət üçün vacib olan geniş rəqəmsal ekosistemə malikdir.
Mundt vurğulayıb ki, bugünkü qərarlar onlara rəqabətə zidd praktikalara qarşı konkret tədbirlər görməyə və onları effektiv şəkildə qadağan etməyə imkan verəcək”.
Yeganə





