Handelsblatt: Almaniya Polşada Leopard tanklarının təmiri layihəsindən imtina etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Berlin Polşada Ukraynada zədələnmiş Leopard tanklarının təmiri mərkəzinin yaradılmasında iştirakdan imtina etmək qərarına gəlib. Bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, “yaxın günlərdə rəsmən açıqlanacaq” bu qərarın səbəbi Varşavadan “tamamilə şişirdilmiş qiymət gözləntiləri”dir. Bildirilir ki, Kiyev təcili olaraq Qərb ölkələrinin tədarük etdiyi zədələnmiş tankları xidmətə qaytarmalıdır.
Şayəstə Hüseynova





