İstanbulda terror təhlükəsi ilə əlaqədar Almaniya, Böyük Britaniya, Fransa və Hollandiyanın əsas konsulluqları müvəqqəti bağlanıb.
Elchi.az xəbər verir ki, Türkiyənin “Cumhuriyet” qəzetinin məlumatına görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyəyə qarşı psixoloji müharibəyə başladıqlarını bildirib.
O qeyd edib ki, terror aktı hazırlamaqda şübhəli bilinən 15 nəfər həbs edilib.
Qeyd edək ki, Türkiyənin İsveçdəki səfirliyi qarşısında millətçi xadim Rasmus Palu Quranı yandırıb, bundan sonra Avropa ölkələrinin Türkiyədəki konsulluqları terror təhlükəsi ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanmağa başlayıb.
Yeganə





