Almaniya kansleri Angela Merkel Federal Hökumətin hər miqranta 670 avro həcmində maddi yardım edəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu məqsədlə əyalət icra orqanlarına maliyyə yardımı ayrılacaq.
800 min miqrantı əhatə edəcək bu proqram yalnız şəxslərin miqrant olduğu dövrdə həyata keçiriləcək.
Bundan əlavə, miqrantları sığınacaqlarla təmin etmək üçün 500 avro həcmində də maliyyə yardımı nəzərdə tutulub.



