Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının sabiq rəhbəri Ketrin Eştonu izləyib.
Bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.
Qeyd edək ki, Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub.




