Almaniyanın Avropa İttifaqının (Aİ) büdcəsinə xalis töhfəsinin ötən il rekord həddə çatdığı bildirilib.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən bildirir.
Alman xəbər agentliyi olan DPA-nın xəbərində 25,1 milyard avro ilə AB-nin 2021-ci il büdcəsinə ən çox töhfə verən ölkənin Almaniya olduğu bildirilib.
2020-ci ildə Almaniyanın xalis töhfəsi təxminən 19,4 milyard avro təşkil edib. Bu rəqəmlə Almaniyanın Aİ-nin büdcəsinə töhfəsi rekord həddə çatıb, 12,4 milyard avro ilə Fransa ikinci yerdədir. Avropanın üçüncü ən böyük iqtisadiyyatı olan İtaliyanın töhfəsi 3,2 milyard avro olaraq qalıb.
Digər tərəfdən, AB-nin büdcə ayırmasının ən böyük xalis alıcısı təxminən 11,8 milyard avro ilə Polşa, 4,5 milyard avro ilə Yunanıstan və 4,1 milyard avro ilə Macarıstandır.
İngiltərənin AB-dən çıxması nəticəsində yaranan itkini kompensasiya etmək üçün Almaniya sözügedən büdcəyə töhfəsini artırmaq qərarına gəlib.
Yeganə





