Yanvarın 1-dən Almaniya NATO-nun 11500 nəfərlik yüksək hazırlıqlı və Alyansın çevik reaksiya qüvvələrinin bir hissəsi olan birgə əməliyyat qrupuna rəhbərlik edəcək.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə çərşənbə günü NATO-nun mətbuat xidməti məlumat yayıb.
NATO-nun mərkəzi ofisi xatırladıb ki, yüksək hazırlıq qrupu 2014-cü ildə Rusiyanın Krımı birləşdirməsinə və Ukraynanın şərqində hərbi əməliyyatların başlamasına cavab olaraq NATO-nun çevik reaksiya qüvvələrinin tərkibində yaradılıb. Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq NATO 2022-ci ilin fevralında Rumıniyada Yüksək Hazırlıq Qrupunun ayrı-ayrı bölmələrini yerləşdirib.
NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bildirib ki, Alyansın bu addımı onun öz ərazisinin hər qarışını müdafiə etmək niyyəti deməkdir.
NATO-nun yüksək hazırlıqlı birgə əməliyyat qrupu alyans ölkələrinin bir il müddətinə bu məqsədlə xüsusi ayrılmış bölmələrindən rotasiya əsasında formalaşır. 2023-cü ildə bu qüvvələrin əsasını Almaniyanın 37-ci tank-qranata briqadası təşkil edəcək. Almaniyadan başqa, alyansın səkkiz dövləti – Belçika, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç, Sloveniya və Çexiya bu qrupa öz hərbi qüvvələrini verir.
Yeganə





