Almaniya təlim zamanı ciddi texniki problemlər yarandıqdan sonra Puma tipli zirehli döyüş maşınlarının tədarükünü dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə naziri Christine Lambrecht Berlində verdiyi açıqlamada, avtomobilin möhkəm olduğu sübut edilənə qədər heç bir ikinci tərəfdən satınalma olmayacağını söylədi.
Puma ilə bağlı tənqidlərin doğru olduğunu dilə gətirən Lambrecht, “Əsgərlərimiz döyüşlərdə silah sistemlərinin möhkəm olduğuna inanmağı bacarmalıdır. “NATO “Çox Yüksək Hazırlıq Birgə İşçi Qüvvəsi”ndə (VJTF) rolumuzu yerinə yetirmək üçün bizə etibar etməyə davam edə bilər”.
VJTF hazırlıqlarında Marder tipli zirehli maşınlardan da istifadə etməyi planlaşdırdıqlarını qeyd edən Lambrecht, Puma tipli zirehli döyüş maşınlarının uğursuzluğunun onlar üçün “böyük zərbə” olduğunu vurğuladı.
Müdafiə Nazirliyinin sözçüsü David Helmbold da bildirib ki, Lambrecht bu gün Baş Qərargah rəisi general Ebehard Zorn və digər komandirlərlə görüşüb.
Helmbold qeyd edib ki, yanvarın 1-dən Almaniya VJTF-dəki öhdəliyini planlaşdırıldığı kimi yerinə yetirəcək və bu, Marder tipli zirehli döyüş maşınları ilə həyata keçiriləcək.
Bildirilib ki, alman əsgərlərinin 18 ədəd Puma tipli zirehli döyüş maşını ilə keçirdiyi təlimdən sonra maşınlarda ciddi texniki problemlər yaranıb.
Baş qərargah rəisi Zorn da Pumaları yenidən xidmətə hazır vəziyyətə gətirmək üçün əllərindən gələni etdiklərini ifadə edərək, “Silah sənayesindən olan mütəxəssislərlə dərhal zərərin qiymətləndirilməsinə başlayacağıq” dedi.
Şayəstə




